Qlobal COVID sammiti keçirilə bilər

06:00 08-11-2021 6

ABŞ prezidenti Co Baydenin təşəbbüsüylə növbəti koronavirus sammiti çağırıla bilər.

Bunu dövlət başçısının təhülkəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

O bildirib ki, prezident 2022-ci ilin əvvəllərində COVID sammiti təşkil etmək niyyətindədir.

Müşavir həmçinin, vaksinasiyanın əhəmiyyətini vurğulayıb və onu pandemiyaya qarşı mühüm mübarizə vasitəsi adlandırıb.

Mənbə: TASS