Fransada üç məscid təhqir olundu

03:45 08-11-2021 8

Fransanın Montlebon, Pontarlye və Rube vilayətlərində üç məscid təhqir olunub.

Diyanət İşləri Türk İslam Birliyinə tabe olan ibadətgahların divarlarına xaç çəkilib və İslama qarşı şüarlar yazılıb.

Məscid nümayəndələri yerli müsəlmanları hislərə uymamağa, səbrli olmağa və təxribatlara cavab verməməyə çağırıb.

Qeyd edək ki, son aylarda Fransada bir neçə məscid bağlanıb, İslama və müsəlmanlara qarşı hücumlar artıb.

Mənbə: TRT