Türkiyə səfirliyi Azərbaycan Prezidentini və xalqını təbrik edib - FOTO

01:05 08-11-2021 3

Türkiyənin Azərbaycandakı səfirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr – Zəfər Günü münasibətilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edir, bu qələbəni hərkəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik”.