İranda Türkiyəyə məxsus yük maşını “yağmalandı”

23:40 07-11-2021 2

Türkiyədən İrana toyuq aparan yük maşını qəzaya uğrayıb.

Hadisə İranın Mərivan şəhəri yaxınlığındakı dağlıq ərazidə baş verib.

Məlumata görə, yük avtomobili sürücüsünın idarəetməni itirməsi nəticəsində maşın aşıb və dondurulmuş toyuqlarla dolu qutular ətrafa dağılıb.

Bunu görən insanlar əraziyə axışaraq avtomobili sanki yağmalayıb, onun yükünü daşıyıb aparıblar.

Sürücü prosesə qarşı çıxsa da, əngəl ola bilməyib.

Mənbə: “Haber Global”