İtaliya Qran Prisində Müslüm Maqomayevin ifası səsləndi – VİDEO

22:05 07-11-2021 10

Fiqurlu konkisürmə üzrə İtaliya Qran Prisində Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin ifası səslənib.

Rusiyanı təmsil edən Mixail Kolyada mərhum həmyerlimizin “Sinyaya veçnost” mahnısı altında çıxış edib.

2018-ci ildəki Dünya çempionatında bürünc mükafatın sahibi olan Kolyada, Turində təşkil olunan yarışda ikinci pilləni tutaraq gümüş medal qazanıb.