Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var - FOTO

21:30 07-11-2021 8

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Mərdəkan dairəsi yaxınlığında 99-SJ-630 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobil eyni istiqamətdə hərəkət olan 99-NX-810 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub.

Hadisə zamanı “VAZ 2107” markalı avtomobil sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə DYP-nin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.