Bakıda mənzildə 63 yaşlı qadının meyiti tapılıb

21:05 07-11-2021 3

Xəzər rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Məmmədova Nərminə Fərman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.