Viktor Yuşenko: “Hamı sevinir ki, Şuşada həyat yenidən canlanıb”

18:40 07-11-2021 2

“Dağıdılmış Şuşaya baxmaq çox acınacaqlıdır”.

“Report” xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Şuşaya səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, xarabalıqlara baxmayaraq, Şuşada hazırkı firavan həyat hər kəsi sevindirir:

“Azərbaycan xalqında döyüş ruhu və əhval-ruhiyyəsi varsa, bütün xarabalıqları bərpa etmək olar. İndi Azərbaycanda yaxşı vaxtdır, güclü xalq yaranıb”.