Rusiya və Azərbaycan prezidentlərilə Ermənistan baş nazirinin görüşü keçiriləcək

18:05 07-11-2021 4

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, görüşün gələn həftə videokonfrans formatında baş tutacağını bildirib.

Görüşün 10 noyabr üçtərəfli sazişin imzalanmasının ildönümünə həsr olunacağı qeyd edilir.

Mənbə: “İnterfaks”