Bakıda sərnişin avtobusu velosipedçini və yaşlı qadını vurub

18:00 07-11-2021 8

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatəna görə, hadisə Aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 141 saylı sərnişin avtobusu idarəetmədən çıxaraq əvvəlcə veelosipedçini, sonra isə təxminən 55-60 yaşlı qadını (hər ikisinin şəxsiyyətləri müəyyənləşdirilir-red) vurub. Nəticədə hər iki şəxs ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.