Tbilisidə Zəfər Gününə həsr olunan fleşmob keçirilib - FOTO

14:50 07-11-2021 5

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Rike parkında 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə fləşmob təşkil olunub.

“Report” xəbər verir ki, üzərində Zəfər simvolu - Xarı bülbülün təsviri olduğu maykalar geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkiz guşəli ulduzun yer aldığı karton lövhələrdən Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.

Fleşmob Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.