Bakida klassik avtomobillərin yürüşü keçirilib – FOTO

14:30 07-11-2021 9

Bu gün Bakıda Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Vintage Garage” və “Klassik Avtomobillər Klubu”u Zəfər Günü münasibətilə klassik avtomobillərin yürüşünü təşkil edib. 

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib.

Ordumuzun şanlı qələbəsini klassik avtomobillərlə qeyd edən yürüş sakinlər tərəfindən maraqla qarşılanıb.