Bakıda Zəfər yürüşü və fleşmobu keçiriləcək

13:40 07-11-2021 3

Noyabrın 8-də Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək. Saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək. 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək. 

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.