“Hotels Group” şirkətindən nümunəvi addım - VİDEO

12:55 07-11-2021 3

Şirkət Vətən müharibəsi iştirakçılarını “Zəfər günü” münasibəti ilə özünəməxsus şəkildə təbrik edib. 

Azərbaycanda fəaliyyət göstərən bir neçə aparıcı oteli özündə birləşdirən “Hotels Group” şirkəti Vətən müharibəsində şanlı Qələbəmizin ildönümü münasibəti ilə maraqlı tədbir təşkil edib. 

“Vətənsiz oğul olmaz, oğulsuz Vətən” şüarı altında keçirilən bayram tədbiri şirkətin strukturuna daxil olan “River İnn Resort&Spa” otelində təşkil olunub. Məqsəd, otelin yerləşdiyi ölkənin məhz şimal bölgəsində yaşayan Qarabağ müharibəsi qazilərini sevindirməkdir.