Vyetnamda ilk dəfə metro fəaliyyətə başlayıb

04:10 07-11-2021 4

Vyetnamda ilk metro xətti ölkənin paytaxtı Hanoyda fəaliyyətə başlayıb.

Şəhərin nəqliyyat departamentinin məlumatına görə, xətt istifadəyə verildikdən sonra ilk 15 gün ərzində səyahət pulsuz olacaq.

Yol ötürücüsünün üzərinə qaldırılan 13 kilometrlik dəmir yolu şəhərin mərkəzini yeni ucqar yaşayış massivləri ilə birləşdirir. Xətt boyu orta sürəti 35 km/saat olan 12 qatar hərəkət edəcək ki, onların hər biri dörd vaqondan ibarətdir və 900-dən çox sərnişin daşımaq üçün nəzərdə tutulub.

Mənbə: TASS