“Qalatasaray” “Lokomotiv”lə oyunla bağlı UEFA-ya etiraz ünvanlayıb

01:30 07-11-2021 4

Türkiyənin “Qalatasaray” klubu Moskva “Lokomotiv”i ilə görüşlə bağlı UEFA-ya şikayət ünvanlayıb.

Klub UEFA-dan görüşdə qələbənin “Qalatasaray”a verilməsini və ya oyunun yenidən keçirilməsini tələb edib.

Qeyd edək ki, “Qalatasaray” - “Lokomotiv” oyunu 1:1 hesabı ilə başa çatıb.

Etiraza səbəb olan məqam isə ondan ibarətdir ki, qarşılaşmanın hakimi Sandro Şerer “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, oyunçu meydandan qovulmayıb.

Mənbə: RT