Ermənistanda qorxunc vəziyyət: “Koronavirus milli fəlakətə çevrilib”

00:50 07-11-2021 4

“Ermənistanda koronavirusla bağlı fəaliyyət milli fəlakətə çevrilib”.

Bu barədə erməni ekspert, “Alternativ layihələr” qrupunun üzvü Vaqe Ovannisyan danışıb.

“İdarəetmədəki ciddi uğursuzluqlar və cəmiyyətin məsələləri zəif qavraması ciddi fəlakətə gətirib çıxarıb. Bu günə qədər toy mərasimləri, kütləvi əyləncələr keçirilir. Simptomları gizlədib ailələri ilə şənliklərə gedirlər. Yaxşı, vətəndaşlar bunu anlamır, bəs dövlət nə üçün mövcuddur?”, - deyə V.Ovannisyan qeyd edib.

Onun sözlərinə görə, dövlət məhz bu cür məqamlarda lazımdır və artıq vaksinasiya üçün çox gecikilib.

Mənbə: news.am