Samuxda əlbəyaxa dava xəsarətlə bitdi: İki qardaş yaralandı, biri xəstəxanalıq oldu

22:35 06-11-2021 4

Samux rayonunda şəxsi münasibətlər zəminində düşən əlbəyaxa dava zamanı iki qardaş xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb.

Belə ki, tərəflər arasında hələ məlum olmayan səbəblərdən düşən əlbəyaxa dava zamanı iki qardaş müxtəlif xəsarətlər alıb.

Onlardan birinin aldığı xəsarətlərlər daha ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxs isə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.