“Zəfər turu”: “Neftçi” yenə məğlub oldu, “Zirə” Masazırdan bir xalla dönür - VİDEO

21:25 06-11-2021 13

Azərbaycan Premyer Liqasında X tura start verilib.

milletinsesi.info xəbər verir ki, Zəfər gününə həsr edilmiş “Zəfər turu”nun ilk oyun günündə iki matç keçirilib.

Bakı klublarının iştirakı ilə keçirilən hər iki oyunda azarkeşlər bolqollu mübarizəyə şahidlik ediblər. İki görüşdə ümumilikdə 11 qol vurulub.

Əvvəlcə “Sabah” öz meydanında “Zirə” ilə xalları yarı bölüb. Üç qol vuran meydan sahibləri uzun müddət hesabda öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Davit Volkov mövsümün ilk het-triki ilə komandasına 1 xal qazandırıb.

Daha sonra isə son çempion “Neftçi” “Keşlə”nin qonağı olub. Samir Abasov cəzalı olduğundan oyuna baş məşqçisiz çıxan “ağ-qaralar” birinci hissənin ilk yarısında iki cavabsız qolla üstünlük qazansa da, meydan sahibləri nəinki hesabda tarazlıq yarada biliblər, hətta əzmkar qələbə qazanıblar.

Bununla da iki turda 7 top buraxan “Neftçi” ardıcıl ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
X tur
6 noyabr (şənbə)

“Sabah” – “Zirə” - 3:3
Qollar:
 Coy-Lens Mikels, 1, 23, Xuan Kamara, 45+2 - Davit Volkov, 5, 59, 81

“Keşlə” – “Neftçi” - 3:2
Qollar:
 Felipe Santos, 41 (penalti), Rəhman Hacıyev, 49, Anatole Abanq, 86 - Tiaqo Bezerra, 11, 35

Zaur Xudiyev