ABŞ-da konsertdə faciə: Səkiz nəfər öldü - VİDEO

21:15 06-11-2021 6

ABŞ-ın Texas ştatının Hyuston şəhərində amerikalı reper Trevis Skottun çıxışı zamanı yaranan izdihamda azı 8 nəfər ölüb, çox sayda insan yaralanıb.

Hadisə “Astroworld Festivalı”nın açılışı zamanı baş verib. Yerli yanğınsöndürmə idarəsinin rəisinin sözlərinə görə, konsert zamanı insanlar səhnənin qarşısına doğru toplaşmağa başlayıblar ki, bu da panikaya səbəb olub. Bəziləri huşunu itirib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində konsert ləğv edilib.

Mənbə: Sondakika.com