“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19:05 06-11-2021 6

“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Birlikdən milletinsesi.info-a verilən məlumata görə, 8 və 9 noyabr bayram günlərində “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində saat 10:00-dan 14:00-dək xidmət göstərəcəklər.

“Azəriqaz”dan bildirilib ki, İstehsalat Birliyi abonentlərdən bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.