Mançester derbisini “şəhərlilər” qazandı - VİDEO

18:40 06-11-2021 5

Futbol üzrə İngiltərə Premyer Liqasında XI tur davam edir.

milletinsesi.info xəbər verir ki, turun mərkəzi görüşü Mançester derbisi olub.

Prinsipial qarşılaşmada “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.

“Old Trafford”da keçirilən qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əvvəlcə Erik Beyli topu öz qapısından keçirib. Bu, qarşılaşmanın 7-ci dəqiqəsinə təsadüf edib. 45-ci dəqiqədə isə Bernardu Silva matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran “şəhərlilər” 2-ci pilləyə yüksəlib. 17 xalı olan “qırmızı şeytanlar” isə 5-ci sırada qalıb.