Gürcüstanda Zəfər Günü ilə bağlı tədbir keçirildi - VİDEO

17:35 06-11-2021 5

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın bu ölkədəki səfirliyində 8 Noyabr - Zəfər Günü münasibəti ilə rəsmi qəbul mərasimi keçirilib.

Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev, diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri və ictimai siyasi xadimlər iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Rövnəq Abdullayev müharibə vaxtı Gürcüstana səfər etdiyini və o zaman gürcü xalqının gözlərində kədər hiss etdiyini vurğulayıb. O, Azərbaycanın öz torpaqlarını geri aldığını və yeni quruculuq işlərinə başlandığını qeyd edib.

Gürcü ziyalılar Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik ediblər.

Daha ətraflı Baku TV-nin süjetində: