Qaxda dəhşətli QƏZA: Avtomobillər meşəlik əraziyə aşdı - FOTO

16:45 06-11-2021 4

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan “BMW-X5” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarında olan meşəlik əraziyə aşıb. Zərbənin gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yol polis əməkdaşları cəlb olunub. Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.