Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

16:45 06-11-2021 3

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 824 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 151, “Buster” doza vaksinasiya olunanların sayı 26 580 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 884 608, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 992 534, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 426 631, “Buster” doza vaksinasiya olunanların ümumi sayı isə 465 443 təşkil edir.