Bakı sakini özünün xəbəri olmadan işə götürülüb və ona maaş yazılıb

15:30 06-11-2021 17

Bakı sakini özünün xəbəri olmadan “Maximilian Pottenstein” şirkətində işə götürülüb.

milletinsesi.info-ın məlumatına görə, 60 yaşlı R.Əhmədova Sabunçu Rayon Prokurorluğuna müraciət edərək özünün xəbəri olmadan “Maximilian Pottenstein” şirkətində mütəxəssis vəzifəsinə işə qəbul edildiyini, hər ay 160 manat əməkhaqqı yazıldığını və həmin pulun mənimsənildiyini bildirib.

Bu proses il yarım müddətində davam edib.

Faktla bağlı araşdırma aparılır.