Bakı-İstanbul təyyarəsi başqa hava limanına endi - AÇIQLAMA

14:35 06-11-2021 4

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Buta Airways”in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı İstanbulun yeni hava limanında enməyə qərar verib.

Bu barədə aviaşirkətdən bildirilib.

Qeyd edilib ki, təyyarə yerli vaxt ilə saat 10:50 uğurlu eniş edib:

“Əgər hava səraiti yol verərsə, İstanbulun yeni hava limanındaki təyyarə Sabiha Gökçən hava limanındaki sərnişinlərin daşınması üçün havaya qalxacaq”.