İstanbulda bəzi uçuşlar təxirə salındı

13:45 06-11-2021 3

Türkiyədə İstanbulun Sabiha Gökçen hava limanında qatı duman səbəbindən uçuşlar təxirə salınıb.

İstanbul və Ankarada uçuşların gecikməsi və təxirə salınmasını Türk Hava Yollarının mətbuat katibi Yəhya Üstün də təsdiqləyib.

“Səhər saatlarında İstanbulu qatı duman bürüdü. Sabiha Gökçen hava limanında bu səbəbdən uçuşlar təxirə salınıb”, - deyə bildirilir.

Mənbə: NTV