Kəlbəcərin işıqlandırılması ilə bağlı hansı işlər görülür? - VİDEO

12:10 06-11-2021 2

“Azərişıq” ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 Kv-luq izolyasiyalı və mühafizə olunan kabellərin çəkildiyi göstərilir. Bunun üçün isə ASC-nin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıblar.

Həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.

Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. 

Məlumata görə, “Azərişıq” Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.

Xatırladaq ki, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı kapitulyasiya aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılıb.