ABŞ dövlət katibi köməkçisinin yeni müavini Azərbaycana səfərinin məqsədini AÇIQLADI

12:00 06-11-2021 4

“Yeni vəzifəyə təyin olunandan sonra Azərbaycana ilk dəfədir səfər edirəm. Burada, Azərbaycanda olmaqdan çox məmnunam”.

Bunu ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə yeni müavini Erika Olson “Report”a müsahibəsində deyib.

O bildirib ki, səfərinin əsas məqsədi rəsmi Vaşinqtonla Bakı arasındakı münasibətləri gücləndirmək, eyni zamanda, Cənubi Qafqaz ölkələri ilə birgə çalışmaq və regional əlaqələri inkişaf etdirməkdir:

“Səfərimin məqsədlərindən biri də əməkdaşlıqla dostluq qurmaqdır”.

Qeyd edək ki, E.Olson Azərbaycanda səfərdədir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də onu qəbul edib.

E.Olson Bakıya gəlməmişdən əvvəl Ermənistan və Gürcüstanda olub. Diplomat hər iki ölkə rəhbərliyi ilə görüşüb və müzakirələr aparıb.