Bakı, Abşeron və Sumqayıtda pensiyalar ÖDƏNİLDİ

12:00 06-11-2021 18

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayına aid pensiyalarının ödənişi həyata keçirilib.

Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək və ödəniş tarixi ilə bağlı əlavə məlumat veriləcək.