Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək

11:30 06-11-2021 9

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb.

Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.