Qaydaların pozulmasına görə 4 min manatlıq cərimə - FOTO

11:10 06-11-2021 18

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Muğan” şadlıq sarayında qaydaların pozulması halları aşkarlanıb.   

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

Qaydaları pozan şadlıq sarayının sahibi F.Rzayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və o, 4 000 manat cərimə edilib.