Gürcüstanda Zəfər Günü münasibətilə tədbir keçirildi - VİDEO

10:35 06-11-2021 17

Azərbaycanın Gürcüstandakı səfirliyində 8 Noyabr - Zəfər Günü münasibəti ilə rəsmi qəbul mərasimi keçirilib.

Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev eləcə də diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himni səsləndirilib. Vətən müharibəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə iştirak edən gürcü ziyalılar Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik ediblər.

Daha ətraflı Baku TV-nin süjetində: