Ukraynada koronavirusa qarşı dərmanların sınaqdan keçirilməsinə icazə verilib

06:25 06-11-2021 9

Ukrayna Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı dərmanların sınaqdan keçirilməsinə icazə verib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin müvafiq əmrində deyilir.

“Pfizer” tərəfindən koronavirusa qarşı istehsal olunan 150 mq tabletlərdə “Ritonavir” adlı dərman testdən keçiriləcək. Onu COVID-19 xəstələri ilə təmasda olanlar qəbul edəcək.

Həmçinin “Merck” istehsalı olan “MK4482-013 Molnupinavir” tabletlərini testdən keçirmək planlaşdırılır.

Mənbə: Mignews