Hollivud aktyoru ulduzların uşaqları ilə bağlı müraciət etdi - FOTO

05:55 06-11-2021 3

Hollivud aktyoru Corc Kluni “Daily Mail” və başqa bir sıra KİV-ə müraciət edərək, dünya ulduzlarının uşaqlarının şəkillərinin yayımlamalarını istəyib.

“Hansısa nəşr onların şəklini dərc edirsə, biz övladlarımızı qoruya bilmirik”, - deyə aktyor bildirib.

“Biz heç bir zaman uşaqlarımızın fotolarını satmamışıq, sosial şəbəkələrdə yoxuq və onların şəkillərini heç bir zaman dərc etmərik. Çünki bu onların həyatını təhlükəyə salar. Bu paranoid təhlükəsizlik tədbiri deyil, real dünyanın real nəticələri olan problemidir”, - deyə Kluni vurğulayıb.