Məşhur cütlüyün övladı olacaq - FOTO

01:40 06-11-2021 4

Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu və həmkarı Sinem Kobal ikinci övladlarının dünyaya gəlməsini gözləyirlər.

Sevilən cütlüyün yenidən valideyn olma xəbəri izləyicilərini sevindirib.

34 yaşlı Kobal 3,5 aylıq hamilədir. Pandemiya ilə əlaqədar olaraq, onun hamiləliyin bir hissəsini təbiət qoynunda- Selmiyədə ( Muğla vilayətinin Marmaris rayonunda kənd) keçirəcəyi bildirilir.

Bir yaşında Lalin adlı qızları olan cütlüyün bu dəfə oğulları olacaq.

Mənbə: A Haber