Portuqaliyada “könüllü ölüm”ə icazə verilə bilər

00:50 06-11-2021 6

Portuqaliya parlamenti ölkdə eftanaziyaya icazə verən qanun layihəsinin yenilənmiş variantını qəbul edib.

Qalmaqallı sənəd ilk dəfə hələ yanvar ayının əvvəllərində qanunverici orqanda təsdiq olunub. Lakin ölkə prezidenti Marselu Ribelu di Souza layihəni Konstitusiya məhkəməsinə göndərib. Ali mühakimə orqanının mənfi rəyindən sonra layihə yenidən parlamentə qaytarılaraq müəyyən qədər dəyişdirilib və bir daha qəbul edilib.

İndi növbə dövlət başçısındadır. O, ya ölkə ictimaiyyətində birmənalı qarşılanmayan sənədə imza atacaq, ya da onu yenidən məhkəməyə göndərəcək.

Mənbə: TASS