Rusiyalı jurnalist gördüklərini “Baku TV”yə danışdı – VİDEO

23:05 05-11-2021 28

Paytaxtda 40-a yaxın ölkənin nümayəndələrini bir araya gətirən Qlobal Bakı forumu keçirilir.

Post-COVID mövzusunda keçirilən tədbiri işıqlandırmaq üçün əcnəbi media nümayəndələri də ölkəmizdə səfərdədir. 

News.ru informasiya agentliyinin müxbiri İqor Serebryanti Baku TV-nin qonağı olub.

Müxbir Azərbaycandakı vaksinasiya prosesini Rusiya ilə müqayisə haqqında sualı belə cavablandırıb:

“Qlobal Bakı forumunda prezident İlham Əliyevin çıxışını dinləyərkən onun Azərbaycanda peyvənd əleyhinə hərəkatın olmamasını deməsi mənim diqqətimi çəkdi. Çünki dünyanın bir çox ölkələrində vaksinasiya əleyhinə hərəkat gedir. Onlardan biri də elə Rusiyadır. Orada bu hərəkatın aparılması dini xarakter daşıyır. Çünki belə hərəkatlarda heç kim izah edə bilmir ki, niyə peyvənd olmaq lazım deyil?” – deyə o bildirib.

Daha ətraflı Baku TV-nin süjetində: