Yeni doğulmuş körpələrə səhvən koronavirusa qarşı peyvənd vuruldu

22:20 05-11-2021 13

Vyetnamın paytaxtı Hanoya şəhərində 2-6 aylıq uşaqlara səhvən koronavirusa qarşı “Pfizer” və “BioNTech” peyvəndləri vurulub.

Ölkənin Səhiyyə Departamenti bu barədə öyrəndikdən sonra körpələri müayinə və müalicə məqsədi ilə xəstəxanaya köçürüblər.

Uşaqların vəziyyəti stabil olsa da, inyeksiyadan sonra bəzilərinin temperaturu yüksəlib, inyeksiya yeri qızarıb və şişib.

Hadisənin səbəbləri barədə araşdırmalara başlanılıb.