Teymur Musayevdən ana ölümləri və dərman çatışmazlığına münasibət - VİDEO

18:20 05-11-2021 2

Səhiyyə naziri əvəzi Teymur Musayev Baku TV-yə müsahibə verib.

Nazir əvəzi tibb müəssisələrində ana ölümləri və dərman çatışmazlığı ilə bağlı məsələlərə aydınlıq gətirib, səhiyyə sahəsindəki narazılıqların aradan qaldırılması üçün görüləcək tədbirlərdən danışıb.

“Hər bir ana ölümü Səhiyyə Nazirliyi tərəfindən ayrılmış xüsusi komissiya tərəfindən təhlil olunur, müzakirəyə çıxarılır və lazımi tədbirlər görülür”, - deyə Teymur Musayev bildirib.
O, ana ölümlərində həkim səhlənkarlığı, qeyri-peşəkar kadr seçimi ilə yanaşı, vətəndaş məsuliyyətsizliyinin də olduğunu vurğulayıb.