Messi PSJ-nin Çempionlar Liqasındakı şansını dəyərləndirib

17:50 05-11-2021 3

PSJ-nin argentinalı futbolçusu Lionel Messi Çempionlar Liqasının 2021-2022-ci il mövsümündə qızıl medallar uğrunda yüksək rəqabətin olduğunu qeyd edib.

33 yaşlı futbolçu vurğulayıb ki, Paris klubu qələbəyə əsas namizədlərdən biri olsa da, onlar bu marafonda tək iddialı namizəd deyillər.

“Başqa klubların oyunçuları uzun illərdir bir yerdə işləyirlər, bu komandalar da heyətlərinə yaxşı futbolçular qatıb. Bu klublar “Mançester Yunayted”, “Mançester Siti”, Münhen “Bavariya”sı, “Liverpul”, “Atletiko” və “Çelsi”dir”, - deyə hücumçu bildirib.

Mənbə: beIN SPORTS