Azərbaycanda koronavirusdan müalicə alanların sayı beş mindən aşağı düşdü - FOTO

19:28 02-08-2020 4

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. 

milletinsesi.info xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, hazırda ölkədə aktiv xəstə sayı 4868 nəfərdir. 

Ümumilikdə bu günə qədər ölkəmizdə koronavirusa 32 443 nəfər yoluxub. Onlardan 27 113 nəfər sağalıb, 462 nəfər ölüb. 

COVID-19-la bağlı Azərbaycanda 738 963 test həyata keçirilib.

Hazırda reanimasiyada olan xəstələrin sayı 272, süni tənəffüs aparatına qoşulanların sayı isə 62 nəfərdir.