Azərbaycanlı gənclərdən Türkiyədə nümunəvi addım - FOTO

11:08 02-08-2020 4

Türkiyənin Konya şəhərində təhsil alan azərbaycanlı tələbələr Qurban bayramı münasibətilə maraqlı aksiya keçiriblər.

milletinsesi.info xəbər verir ki, “Konya azərbaycanlı tələbələr” Dərnəyinin təşəbbüsü baş tutan aksiyaya türkiyəli gənclər də dəstək verib.

Belə ki, tələbələr Qurban bayramı münasibətilə ehtiyacı olan ailələri müəyyən edərək, onlara qurbanlıq ətlə yanaşı, digər ərzaq məhsullarından ibarən bayram payı veriblər.

Qutuların üzərində isə iyulun 12-də Ermənistan - Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan hərbçilərimizin fotoları, eyni zamanda, şəhid general-mayor Polad Həşimovun dilindən yazılmış bayram təbriki yerləşdirilib.

“Bu gün mən, Polad Həşimov evinizə ziyarətə gələrək, Qurban payımı sizinlə bölüşmək, şəhid olan digər Azərbaycan əsgərlərinin salam və təbriklərini sizə çatdırmaq istədim”, - deyə, təbrik mesajında qeyd olunub.

Türkiyəli ailələr gənclərin bu addımını əsl qardaşlıq və vətənpərvərlik nümunəsi kimi qiymətləndirib.

Kamil Əmirli