Rusiyada qazın qiyməti qalxdı

10:46 01-08-2020 8

Rusiyada bu gündən qazın qiyməti qalxıb.

Bu barədə Federal Antiinhisar Xidmətinin (FAS) rəsmi məlumat portalında qeyd edilir.

Bildirilir ki, əhali üçün qazın qiyməti üç faiz artıb.

Bu, topdansatış qiymətlərinin indeksləşdirilməsi ilə əlaqədardır.

İş adamları üçün artım 2,99 faiz təşkil edəcək.