TƏBİB-dən məktəb və bağçaların açılması ilə bağlı AÇIQLAMA

16:09 31-07-2020 7

“Məktəblərin, bağçaların açılması müzakirə edilib. Vətəndaşlarımız, ölkəmiz üçün ən doğru qərarlar qəbul ediləcək”.

milletinsesi.info-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, vətəndaşlarımız üçün doğru qərarların qəbuluna çalışılır:

“Bu barədə ictimaiyyətə məlumat veriləcək. Məktəblərin açılması məsələsi ÜST-ün Azərbaycandakı missiya üzvləri ilə müzakirə olunub.

Həmçinin, bu yolu keçmiş bəzi ölkələrin təcrübəsini müzakirəyə çıxarmışıq”.

İlhamə Əbülfət