Dörd yaşlı qızını öldürüb intihar etdi

11:01 31-07-2020 3

Türkiyənin İzmir şəhərində bir şəxs dörd yaşlı qızını silahla vurub öldürdükdən sonra eyni silahla intihar edib.

“HaberGlobal” məlumat verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

İddiaya görə, təxminən bir il əvvəl həyat yoldaşından ayrılan kapitan rütbəsində olan 36 yaşlı E.T. dörd yaşındakı qızı N.T.-ni və özünü öldürüb.

Silah səslərini eşidən qonşularının xəbərdarlığından sonra polis və tibb işçiləri hadisə yerinə gəlib. Ata və qızın öldüyü müəyyən olunub.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Bir müddət əvvəl həyat yoldaşından ayrılan E.T.-nin qızını həyat yoldaşına göstərmədiyini iddia edilir.