Bakıda yeniyetmə qızı qaçırdılar

16:43 30-07-2020 6

Bakıda 15 yaşlı qız qaçırılıb. Hadisə Sabunçu rayonunun ərazisində baş verib.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

İyulun 29-da T. Eyvazlı 12-ci Polis Bölməsinə müraciət edib. O bildirib ki, bir gün əvvəl Murad adlı şəxs onun 15 yaşlı qızını evlənmək məqsədilə qaçırıb (etik səbəblərə görə qızın adını qeyd etmirik).

Hazırda əməliyyatçılar qaçırılan qızı axtarır.

Ramella İbrahimxəlilova