“Bayern”in ulduzu Çempionlar Liqasında oynayacaq futbolçulara çağırış etdi

15:41 30-07-2020 3

“Bayern”in futbolçusu Jerom Boatenq Çempionlar Liqası qarşılaşmalarından öncə diz çökməklə irqçiliyə qarşı mübarizəni davam etdirməyə çağırış edib.

Bu barədə “The Independent” məlumat yayıb.

“Mübarizəmizi Çempionlar Liqasında, xüsusən də finalda davam etdirmək vacibdir. Bütün dünya bizə baxacaq. Bunu digər idman növlərində də etmək lazımdır”, - deyə, J.Boatenq bildirib.