Azərbaycanda dolu yağıb - FAKTİKİ HAVA

12:44 30-07-2020 7

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Göygöldə 14 mm, Daşkəsəndə 10 mm, Naftalan, Ağdamda 9 mm, Qusar, Bərdədə 7 mm, Gədəbəy, Xaltan, Qrızda 6 mm, Zərdab, Tərtərdə 5 mm, Şabranda 4 mm, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3 mm, Şahbuz, Ağstafa, Zaqatala, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Lerikdə 2 mm, Şərur, Tovuz, Şəmkir, Balakən, Oğuz, İsmayıllı, Göyçay, Salyan, Neftçala, Astarada 1 mm olub.

Bərdə rayonuna saat 17:34-17:37 arasında diametri 10 mm olan dolu düşüb.

Şimal-qərb küləyi iyulun 30-da səhər saatlarından başlayaraq, 15-20 m/s-dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-33, aran rayonlarında 31-38, dağlıq rayonlarda 20-24, Naxçıvan MR-da 35-41 dərəcə isti olub.